AMEA-da “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib
May 26 , 2026 | 12:10 / Mühüm hadisələr
Oxunma ( 21 )

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Milli Elmlər Akademiyasında ingilis dilində “Sosial tədqiqatlar və süni intellekt” jurnalının təsis edilməsi haqqında məsələyə də baxılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Akademiyada süni intellekt və rəqəmsal inkişafla bağlı ardıcıl işlər həyata keçirilir və təsis olunacaq yeni nəşr ölkəmizdə süni intellektə həsr edilmiş ilk jurnal olacaq. Bu məsələnin olduqca məsuliyyət tələb etdiyini bildirən akademik İsa Həbibbəyli jurnalın ildə iki sayının işıq üzü görəcəyini söyləyib.

Eyni zamanda jurnalın redaksiya heyətinin tərkibinin formalaşdırılması, ISSN, e-ISSN və DOI identifikatorlarının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi, yüksək poliqrafik və elektron formatda nəşrinin planlaşdırıldığını vurğulayıb.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ingilis dilində “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.