AMEA Gənclər Akademiyasının idarə heyətinin üzvü “Dahi lider” adlı konfransda məruzə edib
May 08 , 2026 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 62 )

Mayın 8-də Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Dahi lider” adlı konfrans keçirilib. Konfransda Yasamal Rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi, Yasamal rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və eyni zamanda rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri də iştirak ediblər.

Tədbirdə AMEA Gənclər Akademiyasının Rəqəmsal Mobillik Mərkəzinin təmsilçisi, AR ETN Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova “Müasir innovasiya cəmiyyətində Heydər Əliyev ideyaları ilə formalaşan gəncliyin rolu”mövzusunda məruzə ilə çıxış edib.

Günel Əzimova bildirib ki, müasir Azərbaycan gəncliyinin inkişaf strategiyası milli-mənəvi dəyərlərin qorunması ilə innovasiya və rəqəmsal transformasiya proseslərinə fəal inteqrasiyanın vəhdəti əsasında formalaşmalıdır. Vurğulanmışdır ki, sürətlə rəqəmsallaşan qlobal mühitdə gənclərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılması, media savadlılığının inkişaf etdirilməsi və milli-mədəni identikliyin qorunması dayanıqlı inkişafın əsas prioritet istiqamətlərindən biridir. Bununla yanaşı, rəqəmsal platformaların və sosial media resurslarının məqsədyönlü istifadəsi gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, yaradıcı potensialının reallaşdırılmasına və ictimai-siyasi proseslərdə daha fəal iştirakına əlverişli şərait yaradır.

Çıxışda bildirilib ki, Azərbaycan gəncləri dövlət tərəfindən yaradılan innovasiya ekosisteminin imkanlarından istifadə edərək beynəlxalq müstəvidə ölkənin intellektual və elmi potensialını uğurla təmsil edir, müxtəlif texnoloji layihələrdə, startap təşəbbüslərində və tədqiqat fəaliyyətlərində yüksək fəallıq nümayiş etdirirlər. Eyni zamanda, Heydər Əliyevin dövlətçilik irsinin və ideoloji prinsiplərinin təbliği, gənclər arasında vətənpərvərlik dəyərlərinin möhkəmləndirilməsi innovativ inkişafla milli dövlətçilik ənənələrinin uzlaşdırılmasına xidmət edərək, gələcək nəsillərin milli maraqlara sadiq və yüksək texnoloji bacarıqlara malik vətəndaşlar kimi yetişməsində mühüm rol oynayır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.