Fotos
AMEA GƏNCLƏR AKADEMİYASININ İDARƏ HEYƏTİNİN ÜZVÜ TƏLTİF EDİLİB
İyl 02 , 2026 | 01:48 /
Oxunma ( 32 )

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2025-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə I Türkoloji Qurultayın yüz illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” keçirilir. “Türk dünyası həftəsi”ndə dünyanın dörd bir yanından gəlmiş elm adamları müxtəlif məruzələrlə çıxış, görüşlər, kitab təqdimatları, elmi dairəvi masalar təşkil olunur. Tədbir çərçivəsində Azərbaycanda və digər ölkələrdə türkologiya elminin inkişafına xidmət göstərən alimlər məhz I Türkoloji Qurultayın xatirəsinə hazırlanmış xüsusi xatirə nişanı ilə təltif edilirlər.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin böyük elmi işçisi, AMEA Gənclər Akademiyasının Elmi-kütləvi tədbirlərin təşkili departamentinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev də “I Türkoloji Qurultayın 100 İlliyi (1926-2026)” xatirə nişanı ilə təltif edilib. Qeyd edək ki, Orxan İsayev İraq türkmanları ilə bağlı tədqiqatları ilə tanınır. Alimin bu istiqamətdə bir neçə kitabı və onlarla elmi məqaləsi işıq üzü görüb. Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevlə birlikdə yazdıqları “İraq Türkman ədəbiyyatı tarixi” monoqrafiyası Dövlət mükafatına namizəd olmuşdur. Orxan İsayev Azərbaycan mediasında da tez-tez İraqdakı soydaşlarımızla bağlı çıxışlar edir, onların siyasi, iqtisadi, mədəni şəraitləri ilə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.