Foto
Gənc doktorant 15 iyun–Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşumuz” mövzusunda konfransda iştirak edib
İyn 11 , 2026 | 04:40 / Mühüm hadisələr
Oxunma ( 25 )
İyunun 11–də Yasamal rayon Heydər Əliyev Mərkəzi və Yasamal rayon üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 15 iyun–Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşumuz” mövzusunda konfrans keçirilib.
Konfransda Yasamal rayon üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işçisi və I kurs doktorantı Fidan Şahmaliyeva, Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yasamal rayon üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov 15 İyun– Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisə olduğunu bildirdi. Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulmasından danışdı.
Mərkəzin bələdçisi Cəvahir Xalıqova “Milli Qurtuluş və zəfərin başlanğıcı” mövzusunda mühazirə ilə çıxış edərək bildirdi ki, Azərbaycan tarixində 15 iyun–Milli Qurtuluş Günü suverenliyin və müstəqilliyin əbədiləşməsinin başlanğıcı, dövlətçiliyin xilasını, Zəfərin təməlini özündə əks etdirir.
 
AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işçisi və I kurs doktorantı Fidan Şahmaliyeva bildirib ki, ağır və taleyüklü günlərdə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında mühüm rol oynamış, onun Vətən qarşısında göstərdiyi misilsiz fədakarlığın parlaq nümunəsinə çevrilmişdir.
Daha sonra “Dövlətçiliyin təməli–milli qurtuluş günü” adlı film nümayiş olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.