Fotos
Gənc fizik alimlər məktəblilər üçün elmi-əyləncəli təcrübələr nümayiş etdiriblər
May 14 , 2015 | 04:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 4876 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Nərimanov rayonu Bağça-Məktəb-Lisey kompleksində şagirdlər qarşısında elmi-əyləncəli təcrübələr nümayiş etdirilib. Fizika İnstitutu mətbuat xidmətindən verilən məlumata görə, məqsəd ümumtəhsil məktəblərinin şagirdlərində elmə marağın artırılması, elmi dünyagörüşünün formalaşdırılması, fizika fənninin gənc tədqiqatçılardan-şagirdlərə ötürülməsi olub. Tədbiri giriş sözü ilə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova açıb. O, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətliliyindən danışıb. Bildirib ki, elmi-əyləncəli təcrübələrin canlı şahidi olan şagirdlərin fizika elminə marağı artacaq, həm də məktəblilər təcrübələri bilavasitə özləri nümayiş etdirmək imkanı əldə edəcəklər. Tədbir GAMŞ-ın sədr müavini, AMEA GAMŞ-ın İdarə Heyətinin üzvü Xuraman Əhmədovanın çıxışı ilə davam etdirilib. X.Əhmədova Fizika İnstitutu, onun fəaliyyət istiqamətləri, burada aparılan elmi tədqiqatlar haqqında məktəblilərə məlumat verib. Daha sonra məktəblilərin fizika fənnindən bilik səviyyəsini yoxlamaq üçün suallar verilib. Sonda gənc alimlər  elmi-əyləncəli təcrübələr nümayiş etdirib və onların elmi izahını veriblər.

Məlumat üçün qeyd edək ki, elmi-əyləncəli təcrübələr AMEA Gənc Alim və Mütəxəssislər Şurasının "Bu günün şagirdi sabahın alimi" layihəsi çərçivəsində elmin təbliği məqsədilə paytaxt və regionlarda orta məktəblərdə nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.