Fotos
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ELMİ
May 15 , 2015 | 05:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 2880 )

FAMİN SALMANOV Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent gencalim@science.az 

Tarixi keçmişimizə nəzər salsaq görərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin çox hissəsi, daha doğrusu Akademiyanın çiçəklənmə dövrü ümummilli lider, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlə üst-üstə düşür. Azərbaycanda hüquqi dövlətin şanlı tarixini yaradan Heydər Əliyev 70-ci ildən başlayaraq Akademiyaya xüsusi diqqət göstərməklə, Azərbaycan elminə  dünya şöhrəti qazandırdı.

Keçmişdə ölkə sərhədlərini çətinliklə aşa bilən Azərbaycan alimlərinin üzünə, məhz Heydər Əliyevin hakimiyyət illərində keçmiş İttifaqın bütün nüfuzlu təhsil və elmi-tədqiqat mərkəzlərinin qapıları açıldı. Təbii ki, bundan ən çox bəhrə görən Azərbaycan Milli Elmlər Akademiyası oldu. Heydər Əliyevin uzaqgörənliyi və qüsursuz milli elmi strategiyası sayəsində alimlərimiz, o dövrdə böyük bir coğrafi məkanda ölkə elmini layiqincə təmsil edirdilər. Belə strategiya üzərində qurulmuş inkişaf sayəsində, Azərbaycanda milli təfəkkürə malik ziyalı ordusu yetişdi və bu ziyalı ordusu, sonda Azərbaycanın müstəqilliyə qovuşmasına öz töhfəsini verdi.

"Sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir" deyən ulu öndər, hələ ö dövrlərdə Azərbaycanın müasir və müstəqil bir dövlətə çevrilməsi üçün elmi konsepsiyanın hazırlanmasına və uğurla həyata keçirməsinə nail ola bilmişdir.

Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını da məhz ümummilli lider Heydər Əliyev qoymuşdur. Belə ki, 1995-ci ildən bəri Azərbaycan gənclərinin respublika forumunun keçirilməsi artıq ənənə halını almışdır. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada beynəlxalq gənclər günü elan edilməmiş, ilk dəfə olaraq Azərbaycanda, 1996-cı ildə “2 fevral - Ümumrespublika Gənclər Günü” təsis edildi və belə mühüm Sərəncamın imzalanması ulu öndərimizin ölkə gəncliyinə verdiyi böyük önəm və dəyərin təzahürü idi.

Bu gün Azərbaycanda aparılan gənclər siyasəti, gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstəyin verilməsi Heydər Əliyev siyasətinin düşünülmüş müasir transformasiyası baxımından atılmış mühüm və zəruri addımlardan biridir ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin konsepsiyasında öz əksini tapır. Bununla əlaqədar, bu il başa çatan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr və görülən işlər irsi davam etdirilən böyük gənclər siyasətinin məntiqi ardıdır.

Müxtəlif sahələrdə fəaliyyət göstərən intellektual səviyyəli gənclərin elmi-ictimai fəaliyyətlərinin inkişafına xidmət edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, gənclər üçün Prezident Mükafatının təsis edilməsi və s. bu kimi mühüm layihələrin həyata keçirilməsi, tamamilə Heydər Əliyev siyasətinin təməl və prinsiplərinə söykənir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı yekunlaşmamış, onun məntiqi davamı kimi qiymətləndirilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı artıq gənclər siyasətinin müddətli deyil, dövrülüyünün, davamlılığının təmin olunmasını hədəfləyir və bu təşəbbüslər zaman aktuallığı baxımından olduqca təqdirəlayiq haldır.

Ümumilikdə götürdükdə, 10 illlik İnkişaf Strategiyasının hədəf qrupları, məqsədləri  və gənclərin inkişafında edilən çağırışlar, şübhəsiz ki, ümummilli ilderimizin görmək istədiyi müasir Azərbaycan gəncliyinin formalaşmasına xidmət  edir və edəcəkdir.

Akademiyada fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası da elmlə məğul olan gənclərin elmi-ictimai fəaliyyətinin artırılması, stimullaşdırılması, gənclərin milli ruhda tərbiyələndirilməsi, onların ölkənin mədəni irsi və tarixinin mənimsənilməsi, təbliği ilə əlaqədar işləri həyata keçirərkən Heydər Əliyevin  gənclik, elm və cəmiyyət haqqındakı siyasi idealogiyasına sadiqlik göstərilərək bu ideolgiyadan yetərincə bəhrələnir.

Fəxrlə deyə bilərik ki, bu gün Akademiyada fəaliyyət göstərən gənclərin dünyanın tanınmış elmi-tədqiqat mərkəzlərilə əməkdaşlığı, nüfuzlu beynəlxalq statuslu tədbirlərdə Azərbaycan elmini təmsil etmələri  “Heydər Əliyev və müasir elmi gənclik” münasibətində sözün həqiqi mənasında çox şeyi ifadə edir. Son illərdə iki gəncimizin elm üzrə “Prezident mükafatı”na layiq görülməsi Heydər Əliyevin mirası və Azərbaycan elmi gəncliyinin uğurudur.

Heydər Əliyevin həyat yolu və idealogiyası təkcə Azərbaycan gəncləri üçün deyil, bötüvlükdə hər bir vətəndaşımız üçün bir təcrübə və örnəkdir. Milli-mənəvi ruhda öz inkişafı üçün bu yolu rəhbər tutatn şəxslər, o cümlədən gənclər vətəndaş və cəmiyyət münasibətində ulu öndər kimi vətənpərvər və qətiyyətli olacaqlar.

Tam əminliklə söyləmək olar ki, Akademiya gəncliyi dövlət siyasətində olduğu kimi, ulu öndər, ümumilli lider Heydər Əliyevin bizim üçün müəyyənləşdirdiyi elm siyasətinə də daim sadiqdir və bu siyasətin yaşaması üçün lazım olan bütün fədakarlığı göstərir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.