Fotos
Coğrafiyaçı gənc alimlər uşaqları sevindiriblər
May 28 , 2015 | 04:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 4478 )

Bu gün, 28 May Respublika günü münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri  ata himayəsindən məhrum olan uşaqları sevindirmək, eyni  zamanda,  uşaqlarda coğrafiya elminə maraq yaratmaq, onların bu sahədəki biliklərini artırmaq məqsədilə  Binəqədi rayonunda yerləşən “Agora”  şadlıq sarayına bir araya gəliblər.

Gənc Alim və Mütəxəssislər şurasının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkpərova tədbir iştirakçılarını salamladıqdan sonra, “Həyat bilgisi: ətraf mühitin mühafizəsi” mövzusunda uşaqlar üçün hazırlanmış slaydları nümayiş etdirdi,  yer kürəsi, ətraf mühit, təbiətin ekoloji cəhətdən qorunması, qlobal  istiləşmə və s. haqqında balacaların anlaya biləcəyi şəkildə məlumat verib.

Sonra gənc alimlər yığılan vəsait hesabına alınan məktəb ləvazimatlarını – rəngli karandaşlar, xətkeş və pərgar dəstləri, qələm, dünya xəritəsi (2 dildə)  və sair hədiyyələri  uşaqlara paylayıblar, onlarla xatirə şəkilləri çəkdiriblər.

Tədbirin keçirilməsindən məmnun qalan institut əməkdaşları belə görüşlərin mütəmadi keçirilməsini vacib hesab ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.gov.az saytına istinad zəruridir

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.