Fotos
AZƏRBAYCANIN BİTKİ ALƏMİNƏ ƏCNƏBİLƏRİN MARAĞI ARTIB
İyl 10 , 2015 | 03:30 /
Oxunma ( 3066 )

Ölkəmizə və onun gözəl təbiətinə maraq artdıqca AMEA Mərkəzi Nəbatat Bağı paytaxt sakinlərinin və qonaqların diqqətini daha çox cəlb edir. Şəhərin mərkəzi dağüstü hissəsində yerləşən Bağ, unikal landşaftları əmələ gətirən gözəl bəzək otlarının zəngin növmüxtəlifliyi, nadir ağac və kol növləri və xiyabanların təmiz havası ilə məşhurdur.
Ötən əsrin 30-ci illərində yaradılmış paytaxtın bu unikal guşəsinin mühafizəsi və zənginləşdirilməsi, canlı kolleksiyalarının nümayişi və maarifləndirici tədbirlərin həyata keçirilməsi Bağın mərkəzində yerləşən AMEA Botanika İnstitutunun elmi fəaliyyəti ilə sıx bağlıdır. Burada mövcud olan Qafqazda ən zəngin Herbari kolleksiyaları, unikal kitabxana, botanika muzeyi və eksperimental laboratoriyalar ölkəmizin milli xəzinəsi sayılan mədəni-maarif mərkəzi Nəbatat Bağının elmi imicini tamamlayır.
Bu yaxınlarda Kolumbiyanın Azərbaycandakı səlahiyətli səfiri Assad Xose Xater Penya və Mədəniyyət və Təhsil üzrə rəsmi nümayəndəsi Eliana Del Pilar Bejarano Murillo AMEA Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutunun qonağı olublar.AMEA Botanika İnstitutu
Elmi İnformasiya və İnnovasiya şöbəsindən verilən məlumata görə, ö
lkəmizə və onun gözəl təbiətinə maraq artdıqca AMEA Mərkəzi Nəbatat Bağı paytaxt sakinlərinin və qonaqların diqqətini daha çox cəlb edir. Şəhərin mərkəzi dağüstü hissəsində yerləşən Bağ, unikal landşaftları əmələ gətirən gözəl bəzək otlarının zəngin növmüxtəlifliyi, nadir ağac və kol növləri və xiyabanların təmiz havası ilə məşhurdur.

Ötən əsrin 30-ci illərində yaradılmış paytaxtın bu unikal guşəsinin mühafizəsi və zənginləşdirilməsi, canlı kolleksiyalarının nümayişi və maarifləndirici tədbirlərin həyata keçirilməsi Bağın mərkəzində yerləşən AMEA Botanika İnstitutunun elmi fəaliyyəti ilə sıx bağlıdır. Burada mövcud olan Qafqazda ən zəngin Herbari kolleksiyaları, unikal kitabxana, botanika muzeyi və eksperimental laboratoriyalar ölkəmizin milli xəzinəsi sayılan mədəni-maarif mərkəzi Nəbatat Bağının elmi imicini tamamlayır.
Bu yaxınlarda Kolumbiyanın Azərbaycandakı səlahiyətli səfiri Assad Xose Xater Penya və Mədəniyyət və Təhsil üzrə rəsmi nümayəndəsi Eliana Del Pilar Bejarano Murillo AMEA Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutunun qonağı olublar.
Görüşdə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə bitki aləmindən-floradan söhbət açaraq təşkilatın fəaliyyəti, beynəlxalq əlaqələri və əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Xarici əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışan V.Əlizadə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə konkret addımların atılmasının mümkünlüyünü vurğulayıb. Görüşdə iştirak edən Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, b.e.f.d. Vahid Fərzəliyev Bağın inkişaf prespektivləri və canlı kolleksiyalarının zənginləşdirilməsinin vacibliyini qeyd edib.
Cənab Assad Xose Xater Penya ölkəsi haqqında danışarkən bildirib ki, Kolumbiya biomüxtəlifliyinə görə dünyada ən zəngin ölkələrdən biridir. Burada 45 000 flora növünə və endemik tiplərə rast gəlmək olar, çiçəkli bitkilər, xüsusən də qızılgül istehsalına görə dünyada ikinci yerdə durur.
Cənab səfir ölkəmizlə, o cümlədən təbiyyətimizlə bağlı xoş təəssüratlarını bölüşərkən floranın zənginliyini xüsusi qeyd edib. İki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən elm sahəsində geniş tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyib. Qonaq tərəfindən hər iki ölkənin elmi təşkilatları arasında əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb və birgə lahiyələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bitki aləmi-floranın genişləndirilməsi sahəsində elmi əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda qonaq İnstitutun Herbari Fondu, Botanika Muzeyi, zəngin kitabxana və laboratoriyalarla tanış olub, Mərkəzi Nəbatat Bağının canlı kolleksiyasını ziyarət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.