GƏNC ALİMİN “QEYRİ-QƏRB MÜASİRLİYİ POSTMODERN VƏ MƏDƏNİ ÇOXSƏSLİLİK DİSKURSUNDA” ADLI NÖVBƏTİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Sen 22 , 2015 | 02:00 / Elmi nəşrlər
Oxunma ( 3663 )

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” adlı növbəti kitabı işıq üzü görüb. Monoqrafiya dəyişən mədəni kontekst şəraitində qeyri-Qərb ölkələrində postmodernist indikatorların fəlsəfi dərkinə həsr olunub. Tədqiqat Türkiyə cəmiyyətinin nümunəsində elmlərarası yanaşma vasitəsilə aparılmışdır.

Kitab müəllifin bundan əvvəlki “Postmodern və multikulturalizm: elmlərarası diskurs” adlı monoqrafiyasının ideyalarını inkişaf etdirən müstəqil tədqiqatdır. Nəşrdə ictimai şüurun transformasiyası, postmoderndə din, habitus, identiklik, bədən siyasəti, simvolik təmsillər və s. məsələlər təhlil olunub. Kitabda sosio-mədəni məzmunun müxtəlifliyi ilə şərtlənmiş postmodernin kontekstində “Qərb – qeyri-Qərb” dixotomiyası, həmçinin postsovet cəmiyyətləri işıqlandırılır.

Monoqrafiya alimlərə, postmodernizm və multikulturalizm anlayışları ilə bu və ya digər dərəcədə əlaqədar proseslərin problematikasını, “Qərb – qeyri-Qərb” paradiqmasını, qeyri-Qərb müasirliyini, ümumiyyətlə sosiomədəniyyəti tədqiq edən mütəxəssislərə və müasir fəlsəfə ilə maraqlananlara tövsiyə olunur. Kitab dərs vəsaiti kimi də istifadə oluna bilər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.