Fotos
AMEA BOTANİKA İNSTİTUTUNDA İNNOVATİV SAHƏLƏRARASI LAYİHƏNİN İLK MƏRHƏLƏSİ UĞURLA HƏYATA KEÇİRİLİB
Noy 23 , 2015 | 01:44 /
Oxunma ( 2979 )

AMEA Botanika İnstitutu Elmi İnnovasiyalar Mərkəzi və Riyaziyyat İnstitutu ilə birgə “Azərbaycan florasında endem və nadir bitkilərin növ müxtəlifliyinin azalma və itmə təhlükəsinin proqnozlaşdırılması” mövzusunda sahələrarası elmi-tədqiqat işini həyata keçirir.

            AMEA-nın müxbir üzvü V.M.Əli-zadənin rəhbərliyi altında populyasiya-ontogenetik analiz məqsədilə nadir bitkilərin siyahısı tərtib olunmuş, populyasiyaların ontogenetik strukturunun kompleks parametrlərinin müəyyənləşdirilməsinə yönəldilmiş xüsusi monitorinq sistemi işlənib hazırlanmışdır. Bu məqsədlə cari ilin aprel ayından layihə iştirakçıları tərəfindən Azərbaycanın müxtəlif bölgələrində (Böyük Qafqazın şərqi və Quba sahəsi, Talış bölgəsi) çoxsaylı çöl tədqiqatları aparılır. İlk dəfə olaraq respublikada Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş nadir növlərin populyasiyalarının vəziyyəti ətraflı öyrənilmiş, AMEA Elmi İnnovasiyalar Mərkəzi və Riyaziyyat İnstitutu iştirakçıları tərəfindən yaradılmış dinamik məlumat bazasına daxıl edilmişdir. Bu elektron-məlumat bazası nadir növlərin həyat formaları, ekoloji qruplar, növlərin botaniki-coğrafi rayonlar və şaquli zonalıq üzrə paylanması, endem və nadirlik kateqoriyası üzrə göstəricilər, populyasiyaların ontogenetik vəziyyəti və strukturu, habelə onların faydalı xüsusiyyətləri özündə əks etdirməklə yanaşı, bitkilərin növ tərkibində və dinamikasındakı dəyişiklikləri təhlil etməyə və ümumiləşdirməyə imkan verən parametrlərdən ibarətdir. Həmçinin, burada hər bir növün yayılması üzrə elektron xəritənin online istifadəsinə imkan yaradılıb.

Davam edən layihə biomüxtəlifliyin və ekosistemlərin gələcək dinamikasının qiymətləndirilməsinə yönəlmişdir. Layihənin gələcək mərhələlərində təhlil zamanı riyazi modelləşdirmə imkanlarının tətbiqi ilə  Azərbaycanın Qırmızı kitabına daxil edilmiş itmə təhlükəsində olan nadir bitki növlərinin populyasiya səviyyəsində sistemləşdirilməsi, informativ və vacib göstəricilər üzrə proqnozlaşdırılması və bunun əsasında yeni mühafizə strategiyalarının hazırlanması onların gələcək dinamikası baxımından perpsepektivlər açır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.