AMEA BOTANİKA İNSTİTUTUNUN DOKTORANTLARI TÜRKİYƏDƏ ELMİ EZAMİYYƏTDƏ OLUBLAR
Dek 09 , 2015 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 5332 )

AMEA Botanika İnstitutunun doktorantları Aynurə Cəfərova  və Xatirə Səmədova 15-30 noyabr 2015-ci il tarixlərində Sabancı Universitetinin Mühəndislik və Təbiət Elmləri fakültəsində (Türkiyə, İstanbul) elmi ezamiyyətdə olublar. Səfərin məqsədi “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldaq torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi”  layihəsi çərçivəsində Azərbaycanın müxtəlif ərazilərindən stress şəraitlərdən (quraqlıq, şoranlıq, ağır metallarla çirklənmə) toplanmış torpaq və bitki nümunələrinin müasir metod və yanaşmalarla tədqiqi olub. Səfər müddətində gənc mütəxəssislər müxtəlif müasir cihazlardan istifadə vasitəsilə yeni nəticələr əldə etmiş, yeni tədqiqat metodlarına yiyələniblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.