
Dek 09 , 2015 | 02:00 / Mühüm hadisələr
AMEA Botanika İnstitutunun doktorantları Aynurə Cəfərova və Xatirə Səmədova 15-30 noyabr 2015-ci il tarixlərində Sabancı Universitetinin Mühəndislik və Təbiət Elmləri fakültəsində (Türkiyə, İstanbul) elmi ezamiyyətdə olublar. Səfərin məqsədi “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldaq torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif ərazilərindən stress şəraitlərdən (quraqlıq, şoranlıq, ağır metallarla çirklənmə) toplanmış torpaq və bitki nümunələrinin müasir metod və yanaşmalarla tədqiqi olub. Səfər müddətində gənc mütəxəssislər müxtəlif müasir cihazlardan istifadə vasitəsilə yeni nəticələr əldə etmiş, yeni tədqiqat metodlarına yiyələniblər.