Fotos
Məktəblilər arasında "Gələcəyin tədqiqatçıları" adlı yeni müsabiqəyə start verildi
Dek 17 , 2015 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 6454 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü və Radiasiya Problemləri İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu Gənc Alim və Mütəxəssislər Şuralarının birgə təşkilatçılığı ilə Nərimanov rayonu S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri arasında AMEA-nın 70 illik yubileyinə həsr olunmuş «Gələcəyin tədqiqatçıları» müsabiqəsi çərçivəsində tədbir keçrildi. Məktəbin direktoru Xuraman Osmanova qonaqları salamlayaraq, Akademiya gənc alimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirdi və məktəb yaşlarında istedadlı şagirdlərin elmə həvəsləndirilməsi üçün belə müsabiqələri məqsədəuyğun hesab etdi. Təqdimatda çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd etdi ki, rəhbərlik etdiyi qurum istər ali, istərsə də orta məktəblərdə tələbə, magistr və şagirdlər arasında elmin təbliginə böyük önəm verir və artıq 2 ildir ki, bu istiqamətdə bir sıra qeyri-ənənəvi layihələr həyata keçrilir. O, nümunə olaraq "Bu günün şagirdi, sabahın alimi", "Riyazi məntiqlə düşün", "Əyləncəli və öyrədici elm" və sair layihələrinin məhz, Bakı və regon orta məktəblərində reallaşdırıldığını vurğuladı. F.Salmanov yuxarıda adı çəkilən müsabiqənin də şagirdlərdə elmə əlavə maraq oyadacağını əminliklə ifadə etdi.
Təqdimatda Fizika İnstitutu GAMŞ-nın sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova çıxış edərək bildirdi ki, Fizika İnstitutunun GAMŞ-nın təşəbbüsü ilə keçirilən bu tədbirin məqsədi məktəblilərin elmə marağının artırılması, kütlə qarşısında çıxış etmək bacarığnı formalaşdırmaqdır.
Nizami adına Ədəbiyyat İnstitutu GAMŞ-nın sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, Arxeologiya və Etnoqrafiya İnstitutu GAMŞ-nın sədri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlil və Riyaziyat və Mexanika İnstitutu GAMŞ-nın sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev təqdimatla bağlı fikirlərini bölüşdülər. Sonra söz məktəblilərə verildi. Seçilmiş 14 istedadlı şagird ədəbiyyat, fizika, radiasiya təhlükəsizliyi və ekologiya, tarix-etnoqrafiya və riyaziyyat fənnlərinə aid maraqlı mövzularda hazırladıqları təqdimatları nümayiş etdirdilər. Daha sonra hər bir təqdimatlarla bağlı ekspertlərin rəy və fikirləri öyrənildi və yekdil qərarla müsabiqənin nəticələri elan edildi. Beləliklə, ədəbiyyat üzrə Əliyeva Nigar I yerə, Zeynalova Fizzə II yerə, Həsənov Fuad III yerə; fizika fənni üzrə Mirzəliyeva Fidan I yerə,Cəfərzadə Jalə II yerə, Hüseynov Elvin III yerə; Radiasiya təhlükəsizliyi və ekologiya üzrə I yerə Məmmədəliyev Tofiq, II yerə Dərya Şahin; tarix və etnoqrafiya üzrə Əliyeva Nərmin I yerə, İbrahimova Şəhanə II yerə və nəhayyət riyaziyyat üzrə I yerə Səfərov Ramin, II yerə Quluzadə Zeynəb layiq görüldü. Qaliblərə müvafiq institutların sertifikatları və hədiyyələri təqdim olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.