2016-cı il üzrə Gənclər üçün Prezident mükafatlarının qalibləri elan olundu
Yan 29 , 2016 | 06:36 /
Oxunma ( 5382 )
2016-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 

 

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2016-cı il Gənclər üçün Prezident mükafatları verilsin:

Aslanov Elvin Namiq oğlu

Əliyev Ramiz Təvəkkül oğlu

Hoca Qəniyev Elvin Xeyrəddin oğlu

Məlikov Elvin Yaşar oğlu

Məmmədova Fəxriyyə Tahir qızı

Nəcəfli Nərmin Etibar qızı.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.