Fotos
Elmin İnkişafı Fondunun dəstəyilə Azərbaycan palçıq vulkanlarının fəaliyyəti və geoekoloji riskin qiymətləndirilməsi istiqamətində yeni tədqiqatlara start verilib
Fev 04 , 2016 | 03:20 /
Oxunma ( 5666 )

Şərqi Azərbaycan ərazisində - quruda və Xəzər akvatoriyasında 400-dən çox palçıq vulkanı və onun təzahürü mövcuddur. Vulkanların püskürmə fəaliyyəti nəticəsində yer səthinə flüid və brekçiya çıxarılır. Bundan başqa, vulkanın gündəlik (sakit) fəaliyyəti dövründə böyük dərinlikdən qaz, minerallaşmış su, lilli palçıq və hətta bəzi vulkanlarda çoxlu neft üst səthə xaric edilir. Nəticədə, vulkan sahəsində qeyri-adı şoran torpaqlar, geokimyəvi cəhətdən nadir landşaftlar formalaşır və bu da ətraf mühitə, eləcə də canlı orqanizmlərə neqativ təsir göstərir.

AMEA Geologiya və Geofizika İnstitutunda palçıq vulkanları uzun müddətdir ki, müxtəlif aspektlərdən tədqiq olunur. Lakin vulkanların fəaliyyətilə əlaqədar, geoekoloji riskin qiymətləndirilməsi istiqamətində elmi-tədqiqat işlərinə lazımi səviyyədə diqqət yetirilməyib. Bu tədqiqatlar, yalnız müvafiq yeni avadanlıq və cihazlarlın əldə eldiməsi, həmçinin çöl-ekspedisiya işlərinin həyata keçirilməsilə mümkündür. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə AMEA Geologiya və Geofizika və Radiyasiya Problemləri İnstitutlarının gənc alim və mütəxəssislərindən təşkil olunmuş tədqitatçı qrup “Azərbaycan palçıq vulkanlarının fəaliyyətində geoekoloji riskin qiymətləndirilməsi” layihəsi (Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi (EİF/GAM-3-2014-6(21)) çərçivəsində, yeni istiqamət üzrə tədqiqatlara başlamağa müvəffəq olub. Layihənin rəhbəri, GGİ-nun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun məlumatına görə, layihə üzrə araşdırmalar bu ilin yanvar ayından strat götürüb. 50 000 manat dəyərində olan elmi-tədqiqat işinin icra müddəti 2017-ci ilin yanvar ayında sona çatacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.