AMEA-da “SABAHIN ALİMLƏRİ” V RESPUBLİKA MÜSABİQƏSİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLƏCƏK
Fev 10 , 2016 | 02:57 / Mühüm hadisələr
Oxunma ( 5253 )

11-13 fevral tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək.AMEA Rəyasət Heyətinin Aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, fevralın 11-i saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müsabiqənin açılış mərasimi olacaq.

Müsabiqə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri üçün təşkil ediləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 115, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, IV mərtəbə Akt zalı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.