"QARDENKLUB" EKOLOJİ SOSİAL MAARİFƏNDİRMƏ KLUBUNUN QURULMASI LAYİHƏSİ ÖZ İŞİNƏ BAŞLADI
Noy 08 , 2016 | 01:52 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2605 )

Noyabrın 8-də AMEA Mərkəzi Nəbatat Bağında "Qardenklub" ekoloji sosial maarifləndirmə klubunun qurulması layihəsi öz işinə başladı. Layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mərkəzi Nəbatat Bağı və Botanika İnstitunun təşkilatçılığı ilə həyata keçirilir.

“Qardenklub” layihəsinin əsas məqsədi şagirdlərin dərsdən kənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və onların ekoloji maarifləndirilməsidir. Layihə zamanı:

-ekoloji sahədə maarifləndirici seminarların aparılması;
-şagirdlərin ekoloji tərbiyəsinin formalaşdırılması;
-şagirdlərə bitkilərlə davranış qaydalarının təbliğ edilməsi;
-aktual ekoloji problemləri ön plana çəkərək gənc nəslə bu sahədəki əsas biliklərin aşılanması;
-şagirdlərə sadə bioloji işlərin görülməsi üsulunun öyrədilməsi nəzərdə tutulmuşdur.

Layihənin ilk iştirakçıları 60 saylı orta məktəbin VI sinif şagirdləri oldu. Məktəblilərə Bağın kolleksiyasına daxil olan Azərbaycan florasına aid endem və nadir bitki növləri, həmçinin dərman bitkilərini nümayiş etdirərək onların təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri haqda ətraflı məlumat verildi.  Layihə çərçivəsində Bağın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant  Fərid Seyfullayev tərəfindən "Danışan oduncaq halqaları" mövzusunda seminar məşğələləri keçirildi. Praktik məşğələlər zamanı şagirdlərə ağacdan nümunə götürülməsi qaydaları, həmin nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyini, ətraf mühitdə baş verən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişikliklər izah edildi.

Qeyd edək ki, dekabrın 10-na qədər davam edəcək təlimlər "Danışan oduncaq halqaları", Bitkinin görünməyən memarları", "Azərbaycanlı bitkilər", “Ekoloji təhlükəsizlik”, “Kiçik bağbanlar” kimi mövzular üzrə davam etdiriləcək. Təlimlərdə bütün məktəb şagirdləri iştirak edə bilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.