AMEA-da gənc bioloqların qış məktəbi keçiriləcək
Dek 28 , 2018 | 11:56 /
Oxunma ( 342 )

AMEA Biologiya və Tibb Elmlər Bölməsi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşəbbüsü ilə Bakıda biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, xüsusən doktorant, disertant və magistrantlar üçün “Gənc bioloqların Qış Məktəbi – 2019” adlı tədbir keçiriləcək. 

Gələn ilin fefral ayında baş tutacaq tədbitrdə 4-5 gün müddətində gənc bioloqlar müxtəlif elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, biologiya və tibb elminin yeni prioritetlərinə dair biliklərini təkmilləşdirəcək,  həmçinin qış mövsumunda vaxtlarını səmərəli keçirəcəklər. Belə ki, ilk günlərdə qeyd olunan prioritet istiqamətlərlə bağlı AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi müəssisələrində apaılan tədqiqatlar, onların nəticələri qış məktəbinin iştirakçıları ilə müzakirə olunacaqdır. Qış məktəbinin gedişində dörd elmi planel mövzusu daxilində fikir mübadilələrin təşkili üçün interaktiv müzakirə, elmi disputların keçirilməsi də nəzərdə tutulub.

Qış məktəbində iştirak edən gənclər eləcə də paytaxtda yerləşən bəzi tarixi yerlərə və muzeylərə ekskursiyaya cəlb olunacaqlar.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.