Famin Tahir oğlu Salmanov

Famin Tahir oğlu Salmanov 1979-cu ildə anadan olmuşdur.

1996 - 2000 cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavr pilləsini,.2000-2002-ci illərdə həmin fakültənin plazma fizikası ixtisası üzrə magistratura şöbəsini bitirmişdir.

 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutunun aspirantura şöbəsinə qəbul olmuşdur.

2007-ci ildə "TlİnS2(V) birləşmələrinin elektrik və dielektrik xassələrinə g-şüaların təsiri" mövzusunda dissertasiya elmi işini müdafiə edərək fizika – riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

Hal hazırda həmin İnstitutda aparıcı elmi işçi vəzifəsində çalışır. 2014-cü il yanvar ayinin 17-dən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdur. Ailəlidir 2 övladı var.       

14 fevral 2012-ci ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi "Gənclər Mukafatı"nın laureatıdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.