Bəxtiyar Məzahim oğlu Cəlilov

Bəxtiyar Məzahim oğlu Cəlilov 1975-ci ildə anadan olmuşdur.

1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və dövlət hüququ fakültəsini  bitirmişdir.

 1998-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aspirantura şöbəsinə qəbul olmuşdur.

2007-ci ildə "Azərbaycanın son tunc-ilk dəmir dövrü metaişləmə sənətkarlığı" mövzusunda dissertasiya elmi işini müdafiə edərək tarix  elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Hazırda həmin İnstitutda sektor rəhbəri  vəzifəsində çalışır. 2014-cü il yanvar ayindan AMEA Arxeologiya və etnoqrafiya İnstitutunun  Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsində çalışır.

Ailəlidir 2 övladı var.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.