Fotos
Gənc kimyaçı alimlərə “Akademik Murtuza Nağıyev adına mükafat” verilib
Noy 16 , 2016 | 02:00 / Elmi müsabiqələr
Oxunma ( 3273 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda İnstitutun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı çərçivəsində gənc alim və mütəxəssislərə “Akademik Murtuza Nağıyev adına mükafat”ın təqdimatı olmuşdur.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, bu mükafat 2013-cü ildən bu tərəfə hər il nailiyyəti olan gənclərə verilir. Akademik gənclərə göstərilən diqqət və qayğıdan danışdı, belə mükafatın gənclərdə stimul yaratdığını vurğuladı və 2016-cı ildə institut gənclərinin qazandığı nailiyyətləri qeyd etdi. O, bildirdi ki, İnstitutun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı çərçivəsində dünən “Akademik Murtuza Nağıyev adına mükafat”a iddiaçi olan gənclərin çıxışları dinlənildi. Mükafatın təqdimi ilə bağlı komissiyanın yaradıldığını bildirən Dilqəm Tağıyev institut gənclərindən 7 nəfərin namizədliyinin irəli sürüldüyünü qeyd etdi. Komissiyanın gənclərin çıxışlarını və daxil olan sənədləri mükafatın əsasnaməsinə uyğun araşdıraraq irəli sürülmüş namizədlərin 4- nün fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirdi.

Sonra akademik Dilqəm Tağıyev görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banısı Murtuza Nağıyev adına mükafata layiq görülən gənc alim və mütəxəssislərin adlarını açıqladı.

Tədbirdə müsabiqənin qalibləri elmi işçi Ülvi Nəcəf-Quliyeva , elmi işçi Natəvan Soltanovaya, elmi işçi Elmir Babayeva və elmi işçi Səadət Hümbətova elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomu ilə təltif olundular.

Sonda akademik D.Tağıyev diploma layiq görülən institutun gənc əməkdaşlarını bir daha təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.