AMEA-da 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etmiş gənc alimlərə 5 min manat mükafat veriləcək
Noy 17 , 2016 | 09:34 / Mühüm hadisələr
Oxunma ( 5045 )

AMEA-da gəncləri elmi fəaliyyətə cəlb etmək, onların əməyini stimullaşdırmaq və elmi kadr hazırlığı prosesini sürətləndirmək məqsədilə 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etmiş gənc alimlər üçün pul mükafatı təsis edilməsi ilə bağlı sərəncam verilib. Həmin sərəncama görə, AMEA-da 35 yaşadək elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş gənc alimlər üçün 5 (beş) min manat məbləğində pul mükafatı ayrılıb. 

 
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.