GƏNC TÜRKOLOQLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI KEÇİRİLƏCƏK
Noy 17 , 2016 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 2991 )

Noyabrın 21-22-də AMEA-nın Rəyasət Heyətinin, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə  I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans öz işinə AMEA-nın əsas binasında (H.Cavid pr. 115, Akademiya şəhərciyi, Əsas bina, II  mərtəbə) noyabrın 21-də saat 11:00-da plenar iclacla başlayacaq. Daha sonra  konfrans öz işini Şərqşünaslıq İnstitutunda (H.Cavid pr. 115, Akademiya şəhərciyi, Əsas bina, VII  mərtəbə) keçiriləcək 4 bölmə üzrə (Türk dillərinin tarixi; Türk xalqlarının ədəbiyyatı; Türk xalqlarının tarixi və mənbəşünaslığı, türk xalqlarının arxeologiya və etnoqrafiyası; Türk xalqlarının iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri) iclaslarda davam etdirəcək.

Noyabrın 22-də saat 16:00-da Şərqşünaslıq İnstitutunda konfransın bağlanışı olacaq.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.