Fotos
ŞURA SƏDRİ II AVRASIYA FORUMUNUN PLENAR İCLASINDA ÇIXIŞ EDİB
Noy 21 , 2016 | 04:52 / Mühüm hadisələr
Oxunma ( 3160 )

17 noyabr 2016-ci ildə Qazaxıstanın Almatı şəhərində Gənc Alimlərin II Avrasiya Forumu öz işinə başlayıb. İştirakçılarının sayına görə böyük çoğrafiyanı əhatə Foruma AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov da qatılıb.

Tədbirin plenar iclasında çıxış edən Şura sədri, ilk dəfə Belarusda təşkil olunan analoji Forumda da iştirak etdiyini xatırladıb və elmin təbliği, maliyələşdirilməsi, kommersiyalaşdırılması və s. kimi aktuallıq daşıyan məsələlərin müzakirə olunmasını hədəfləyən belə formatlı tədbirlərin təşkilinin əhəmiyyətini xüsusi qeyd edib. 

Famin Salmanov çıxışında eyni məqsədi daşıyan bu kimi beynəlxalq statuslu Forumun hələ bir il öncə rəhbərlik etdiyi AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Azərbaycanda “Akademik Elm Həftəliyi -2015” mövzusunda reallaşdırıldığını diqqətə çatdırıb. Natiqin fikrinə görə, həmin Forumla respublikada fundamental elmi tədqiqatlardan elmi aktuallıq daşıyan tətbiqi araşdırmalara dinamik keçid münasibətində ölkə üçün çox vacib olan təcrübə qazanıldı. Sevindirici haldır ki, məhs  gənclərin təşəbbüsü ilə ərsəyə gələn bu təcrübə artıq ötən bir il ərzində daha da inkişaf etdirilərək böyük bir prosesin başlanğıcına çevrilmişdir.

Şura sədri onu da qeyd edib ki,  təmsil etdiyi elmi qurum tərəfindən bu istiqamətdə aparılan işlər, göstərilən təşəbbüslər və verilən təkliflər dövlətin də dəstəyini qazana bilib. “Belə ki, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi ilə bu ayın 8-də ölkə rəhbəri AMEA-nın nəzdində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncam imzalayıb. Belə bir tarixi Qərar AMEA-da, həmçinin digər elmi tədqiqat yönümlü təşkilatlarda aparılan elmi tədqiqatların istiqamətləndirilməsi, daha çox ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək innovativ araşdırmaların intensiv gerçəkləşdirilməsi və xüsusən gənclərin bu prosesə aktiv cəld edilməsi baxımından yaxın gələcək üçün böyük perspektivlər vəd edir”, deyə Şura sədri bildirib.

Sonda Famin Salmanov vurğulayıb ki, bu gün Azərbaycanın regionda digər ölkələrə  nisbətən imkanları, Akademiya rəhbərliyinin elmlə bağlı siyasəti və təmsil etdiyi AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının potensialı elmi innovativ ideyaların gerçəkləşdirilməsi yönündə mövcud təcrübələri paylaşmaq nöqteyi nəzərindən MDB ölkələrinin gənc alimlər şuraları ilə əmkdaşlıqda yeni perspektivlər açmaqdadır.  “Düzdür, Azərbaycan Avroasiya iqtisadi birliyinin üzüv deyil. Lakin bizim MDB ölkələri ilə tarixi elmi və s. əlaqələrimiz, ortaq dil bilgilərimiz və digər xüsusiyyətli bağlılığımız birgə fəaliyyətimiz üçün həmişə lazım olan stimulu təmin edir”. 

Forum çərçivəsində dəyirmi masalar da təşkil olunub. Şura sədri F.Salmanov “MDB ölkələrində mövcud olan gənc alim və mütəxəssislər şuralarının fəaliyyətində nəaliyyətlər, problemlər və perspektivlər” adlı masada “Azərbaycan elmi gəncliyinin inkişaf strategiyası” mövzusunda məruzə edib. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.