AMEA Zoologiya İnstitutunun 80 illik yubileyi keçirildi
Noy 23 , 2016 | 04:56 / Mühüm hadisələr
Oxunma ( 2366 )

Noyabrın 23-də AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunan “Qafqaz ekosistemi: dünən, bu gün, sabah (Qafqazın 80 illik zooloji tədqiqatları)” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ilk elmi-tədqiqat müəssisələrindən olan Zoologiya İnstitutunun keçdiyi böyük inkişaf yolundan danışıb. Bildirilib ki, ölkəmizin elm tarixində müstəsna xidmətləri olan bu institut zoologiyanın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayıb.

Qeyd olunub ki, elmi müəssisə 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsində bölmə, 1936-cı ildən isə onun bazasında institut kimi fəaliyyət göstərib. Ötən müddət ərzində institut Azərbaycan elminə layiqli töhfələr verib, bir neçə nəsil zooloq-tədqiqatçılar yetişdirib.

Tədbirdə Elm TV İnternet televiziyasının hazırladığı Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.