"SABAH" qrupunun tələbələri təcrübə keçmək üçün AMEA-nı seçiblər
Noy 29 , 2016 | 03:12 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3172 )

Azərbaycan Milli Elmlər Akademiyası ilə AR-in Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən ali təhsil müəssisələrində yaradılmış "SABAH" qruplarında təhsil alan tələbələrdən 210 nəfəri AMEA-nın elmi müəssisələrində təcrübə keçəcək.

AMEA-nın müəyyən etdiyi təcrübəkeçmə planına uyğun olaraq SABAH qruplarında təhsil alan tələbələr sırasından seçilmiş 210 nəfərin siyahısı Təhsil Nazirliyi tərəfindən AMEA-ya təqdim edilmişdir. AMEA prezidentinin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə "SABAH" qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübəkeçmə planı təsdiq edilmişdir. Plana əsasən tələbələr müvafiq ixtisaslar üzrə 1 dekabr 2016-cı il tarixindən 31 may 2017-ci il tarixinədək AMEA-nın 21 elmi müəssisəsində, həmçinin Elm və Təhsil İdarəsində təcrübə keçəcəklər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.