Fotos
AMEA GENETİK EHTİYATLAR İNSTİTUTU ƏMƏKDAŞLARI 13 GÜN ELMİ EZAMİYYƏTDƏ OLUBLAR
Dek 01 , 2016 | 04:54 / Mühüm hadisələr
Oxunma ( 3407 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq əlaqələr, informasiya və koordinasiya şöbəsinin baş mütəxəssisi, dissertant İlhamə Mirzəliyeva və Rüşeym plazması laboratoriyasının əməkdaşı Səidə Rəşidova 13 gün Böyük Britaniyanın London şəhərində elmi ezamiyyətdə olmuşlar.

Tədqiqatçılar KEW Millenium Toxum Bankında (MTB) “Mədəni bitkilərin yabanı əcdadlarının toplanmadan sonrakı proseslər haqqında” beynəlxalq təlim kursunda iştirak etmişlər. Kursda həmçinin KEW MTB-nin əməkdaşlıq etdiyi ölkələrin alim və mütəxəssisləri də iştirak etmişlər.

Bitki müxtəlifliyi üzrə Qlobal Etimad Fondu (QEF) və KEW Kral Botanika Bağlarının (KBB) maliyyə dəstəyi ilə təşkil edilən təlimdə yabanı məskənlərdən toplanılan bitkilərin toxum bankında aktiv və özək kolleksiyalarda saxlanılması üçün hazırlıq proseslərinin, “X-RAY”, “CUT-Testing” analizlərinin, bitki novünə və sayına uyğun cücərmə testinin öyrədilməsi əsas məqsədlərdən biri olmuşdur. Bundan əlavə, kursda KEW MTB-nin məlumat bazası (BRAHM) sistemi ilə tanışlıq olmuş və ondan istifadə qaydaları öyrədilmişdir. Ezamiyyət müddətində KEW KBB-nin Riçmond şəhərində yerləşən Herbari fonduna səfər də təşkil olunmuşdur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.