Fotos
AMEA BOTANİKA İNSTİTUTU II BİLİK SƏRGİSİNƏ DƏSTƏK OLUB
Dek 02 , 2016 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 2816 )

AMEA Botanika İnstitutu Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən II Bilik Sərgisinə dəstək olub.   Şagirdlərdə botanika elminə marağın artırılması məqsədilə Botanika İnstitutunun elmi nailiyyətlərini əks etdirən bitki mənşəli təbii ekstraktlar, boyaq maddələri və dərman bitkiləri nümayiş olunub. Qlobal İstiləşmə İqlim dəyişikliklərinə həsr olunan bilik sərgisində şagirdlər təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə ediblər. Kompleksin 7-10-cu sinif şagirdlərinin iştirakı ilə 35-dən çox müxtəlif mövzuda layihələr təqdim olunub. İki kateqoriya üzrə keçirilən müsabiqədə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva və Botanika İnstitutu Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov Ekologiya kateqoriyası üzrə təqdim olunan layihələrin qiymətləndirilməsində juri kimi iştirak ediblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.