AMEA MƏRKƏZİ NƏBATAT BAĞI GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ SƏDRİ GÜRCÜSTANDA TƏDBİRDƏ İŞTİRAK EDİB
Dek 06 , 2016 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 3202 )

AMEA Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəsislər şurasının sədri, doktorant  Fərid Seyfullayev Gürcüstanın Tbilisi şəhərində  keçirilən  “I Qafqaz dağları forumu” adlı beynəlxalq tədbirdə iştirak edib. Dünyanın 11 ölkəsindən alim və mütəxəssislərin qatıldığı tədbirdə iqlim dəyişiklikləri sahəsində tədqiqat aparan alimlərin məruzələri dinlənilib. İqlim dəyişikliyinin Qafqaz dağlarının bitki ötüyü, ekositemi və ekoloji şəraitinə təsiri məsələləri müzakirə edilib.

Tədbirdə F.Seyfullayev “İqlim dəyişikliklərinin Azərbaycanda relikt-Şabalıdyarpaq palıd ağaclarına təsiri” mövzusunda çıxış edərək palıdın təbii yayıldığı ərazilərdə apardığı tədqiqatların nəticələrini təqdim etmişdir. F.Seyfullayev göstərmişdir ki, son illərdə iqlim dəyişikliklərinin təsirindən Şabalıdyarpaq palıd üzərində daha çox şaxta yaralarının müşahidəsi yeni mikro iqlimin formalaşmasından xəbər verir. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.