Fotos
AMEA Fiziologiya İnstitutunda sabahın alimləri olan gənc bioloqlarlarla görüş keçirilib
Dek 08 , 2016 | 05:26 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3774 )

Bu gün elmin təbliği məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin III kurs tələbələri Fiziologiya İnstitutunda olublar. Gənc Alim və Mütəxəssislər Şurasının təşkil ediyi “Gənc bioloqlar – sabahın alimləri” adlı görüşü Şuranın sədri, biologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi Z.M.Qədimova açıb.  İnstitutun yaranma tarixi, elmi fəaliyyət istiqamətləri və aparılan tədqiqatlar haqqında tələbələrə məlumat verildikdən sonra laboratoriyalara ekskursiyalar başlayıb. İnstitutun aparıcı əməkdaşlarından b.ü.f.d. Y.O.Bayramova, b.ü.f.d. M.T.Abbasova, gənc tədqiqatçılardan b.ü.f.d. A.V.Aminov və b.ü.f.d. Z.M.Qədimova öz elmi işləri haqda məlumat veriblər və bəzi təcrübələri tələbələrin də iştirakı ilə nümayiş etdiriblər. 

      Yekun olaraq tələbələrlə İnstitutun gənc alimləri arasında diskussiya təşkil olunub və suallar cavablandırılıb.

      ADPU-nun “Fiziologiya” kafedrasının müəllimi, b.ü.f.d. Vüsalə Həsənova gənc tələbələrdə elmə marağın artırılması məqsədi ilə  yaradılan bu görüşün təşkili üçün İnstitut rəhbərliyinə, görüşdə iştirak edən alimlərə öz təşəkkürünü bildirib. Tələbələr öz çıxışlarında alimlərlə canlı ünsiyyətin və elmi təcrübələrin onlara xoş təəssürat bağışladığıını vurğulayıblar.

      Qeyd edək ki, İnstitut rəhbərliyinin dəstəyi, Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə bu cür görüşlərin silsilə xarakterli olacağı nəzərdə tutulub.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.