AMEA Aşqarlar Kimyası İnstitutunun beynəlxalq elmi əlaqələri genişlənir
Dek 12 , 2016 | 05:53 /
Oxunma ( 2872 )

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və bu müəssisənin ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov 2016-cı ilin dekabr ayının 4-dən 10-dək Türkiyənin Egey Universitetində elmi ezamiyyətdə olublar. Səfərin məqsədi Türkiyə ilə elmi əlaqələri genişləndirməkdir.
Ezamiyyət dövründə Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi Egey Universitetinin Elm fakültəsinin Kimya bölməsi ilə tanış olub və bir sıra görüşlər keçirib. Kimya bölməsinin rəhbəri, professor Mehmet Balcanla görüşdə akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunun elmi fəaliyyəti haqqında məlumat verib. Görüşdə həmçinin hər iki tərəfi maraqlandıran elmi istiqamətlər müzakirə edilib və əməkdaşlığa dair memorandumun imzalanması haqqında razılıq əldə olunub.
Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu Egey Universitetindən başqa, Türkiyənin Orta Doğu Texniki Universiteti və Atatürk Universiteti ilə də elmi əməkdaşlıq edir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.