Məktəblilər “Fizika aylığı” layihəsi çərçivəsində AMEA-nın Fizika İnstitutunda olublar
Dek 12 , 2016 | 02:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3485 )

Xəzər rayonu 324 saylı məktəbin VIII-X sinif  şagirdləri “Fizika aylığı” layihəsi çərçivəsində AMEA-nın Fizika İnstitutunda olublar. Məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda fizika elminə marağın artırılması olub.

Məktəblilər bu elmi müəssisədə görülən işlər, alimlərin fəaliyyəti və İnnovasiya sektorunda quraşdırılan ən müasir cihazlarla tanış olublar. 

İnstitutun əməkdaşları şagirdlərə sektorun fəaliyyəti, institutda əldə olunan mühüm elmi nəticələr və uğurlu yeniliklər barədə məlumat verib, şagirdlərin suallarını cavablandırıblar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.