Fotos
AMEA BOTANİKA İNSTİTUTU VƏ MƏRKƏZİ NƏBATAT BAĞINDA “MƏN BIR AĞAC ƏKMİŞƏM" LAYİHƏSNİN İŞTİRAKÇILARINA TƏLİM KEÇİRİLİB
Dek 13 , 2016 | 04:01 / Mühüm hadisələr
Oxunma ( 2948 )

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Mən bir ağac əkmişəm” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında oldular. Layihə üzrə növbəti təlim MNB-nın canlı kolleksiyasına eksursiya ilə başladı. MNB-nın elmi işçisi Nərgiz Əliyeva iştirakçılara bağa introduksiya edilmiş müxtəlif bitkilərin (Azərbaycan florasına aid endem və nadir  bitkilər, dərman bitkiləri və s.) təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqqında geniş məlumat verdi.

Təlimlər AMEA Botanika İnstitutunun laboratoriyalarında davam etdirildi. İnstitutun Bitki ehtiyatları şöbəsinin əməkdaşı, b.e.d. Lətafət Mustafayeva iştirakçılara laboratoriyada dərman bitkiləri ilə aparılan elmi-tədqiqat işləri haqqında ümumi məlumat verərək bioloji fəal maddələrin rolu, bitki materiallarının analizə hazırlanması, təcrübə aparmaq üçün istifadə olunan avadanlıq və aparatlardan istifadə qaydaları ilə tanış etdi.

Doktorant Şəhla  Mirzəyeva Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi prossesini izah etdi. Gənc mütəxəssis Xanım Həsənova muzeydə nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi haqqında ətraflı məlumat verdi.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.