Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 4 elmi bölməsi hesabat verdi
Dek 13 , 2016 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 3913 )

13 Dekabr 2016-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələrinin cari ilin yekunlarına həsr olunan ilk hesabat yığıncağı keçirildi. Giriş nitqi ilə çıxış edən Şuranın sədri, dosent Famin Salmanov bildirdi ki, ilk olaraq Fizika-Riyaziyyat və Texnika, Humanitar, Kimya elmləri və Gəncə  bölməsinin hesabat məruzələri dinləniləcək. Onun sözlərinə görə hesabat dövründə hər bir bölmə üzrə Gənc Alim və Mütəxəssislər Şurasının elmi və ictimai fəaliyyətində mühüm işlər görülüb və böyük nailiyyətlər əldə olunub. F.Salmanov istər elmlə təhsilin vəhdətinin yaradılması, istər elmin populyarlığının artırılması, istərsə də Akademiya gənc mütəxəssislərinin timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində yeni əhəmiyyətli işlər görülüb.

Şura sədri, 2016-cı il üzrə Fəaliyyət Planında nəzərdə tutulan bütün elmi və ictimai tədbirlərin vaxtından əvvəl tam şəkildə həyata keçirildiyini və bu işlərdə ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuralarının da əhəmiyyətli rol oynadığını söylədi.

Sonra Fizika-Riyaziyyat və Texnika bölməsinin katibi, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, Humanitar elmlər bölməsinin katibi, dosent Eşqanə Babayeva, Kimya elmlər bölməsinin katibi, dosent Faiq Məmmədov və Gəncə Bölməsinin katibi Elnur Həsənov məruzələrində bildirdilər ki,  rəhəbərlik etdikləri bölmələrə daxil olan institutların yerli şuraları cari ildə  bir sıra istiqamətlərdə fəaliyyət göstərib. İl ərzində həm elmin təbliği, həm həvəsləndirmə tədbirləri olaraq, müsabiqə, olimpiyada və marifləndirmə seminarlarının keçirilməsində fəallıq göstəriblər. Onlar müvafiq institut gənclərinin statistik və elmi göstəricilərinə konkret nümunələrlə aydınlıq gətirərək, onların həm beynəlxalq, yerli konfranslarda iştirakına, həm də dərc etdikləri monoqrafiya, məqalə-tezislərin sayına görə əvvəliki illərlə müqayisədə artım olduğunu vurğuladılar.

Hər bir məruzəçi onlara ünvanlanan sualları cavablandırdılar.

Şura üzvləri - dosent Orxan Abbasov, kimya üzrə fəlsəfə doktorları Əfsun Sucayev, Nərminə Abdullayeva, Famil Mustafa və digərləri hesabatla bağlı rəy, irad və təkliflərini bildirdilər.

Yekunda hər bir bölmənin hesabatı irad və təkliflər nəzərə alınmaqla qəbul olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.