Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələrinin hesabatı başa çatdı
Dek 15 , 2016 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 2719 )

15 Dekabr 2016-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin cari ilin yekunlarına həsr olunan hesabat yığıncağı davam etdi. İclası açan Şuranın sədri, dosent Famin Salmanov bildirdi ki, bu gün qalan 4 elmi bölmə rəhbəri hesabat verəcək. Sonra növbə ilə AMEA Şəki Regional Mərkəzi GAMŞ-nin sədri Rəhim Həsənov, GAMŞ İctimai elmləri bölməsinin katibi, dosent Bəxtiyar Cəlilov, GAMŞ Yer elmləri bölməsinin rəhbəri Vüqar Fərəcov və GAMŞ Tibb və biologiya elmləri bölməsinin katibi, b.ü.f.d. Ulduzə Mehvaliyeva məruzə ilə çıxış etdilər, rəhbərlik etdikləri bölməyə aid olan institutların yerli şuraları tərəfindən elmin təbliği, populyarlığının artırılması, gənclərin elmə həvəsləndirilməsi və sair istiqamətdə həyata keçirilən ictimai və elmi tədbirləri, gənclərinin beynəlxalq və yerli konfranslarda iştirakı, marifləndirmə seminarları haqqında geniş məlumat verdilər, Şura üzvlərinin suallarını cavablandırdılar. 

Yekunda məruzəsi dinlənilən bölmələrin hesabatı da qəbul olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.