Fotos
Aşqarlar Kimyası İnstitutu gənc alimləri Qafqaz Universitetində keçirilən II Qış Elm Festivalının qalibi olublar
Dek 23 , 2016 | 09:42 / Elmi müsabiqələr
Oxunma ( 3498 )

Qafqaz Universiteti Tələbə Elmi Cəmiyyəti II Qış Elm Festivalını təşkil edib. Festival keçən il keçirilmiş I Qış Elm Festivalı təşkil olunub. Bu ilki festivalda isə keçən ilkindən fərqli olaraq Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyzmalar İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Bakı İstedadlar liseyi və bir sıra orta məktəblərdə daxil olmaqla tələbə, magistr, doktorantlar öz hazırladıqları elmi layihələri ilə müraciət ediblər. Ümumilikdə 100-dən çox layihə nümayiş olunub. Layihələr Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat olmaqla 7 kateqoriyaya bölünüb.

AMEA Aşqarlar Kimyası İnstitutunun gənc tədqiqatçıları – Osmanova Səbiyə, Qəhrəmanova Könül, İsmayılova Günay və Nəsibova Gülşənin hazırladıqları “Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərinin mikrobioloji təmizlənməsi” mövzusunda layihəsi kimya nominasiya üzrə I yerə layiq görülüb.

Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.