AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 3 yaşı tamam oldu
Dek 27 , 2016 | 12:00 /
Oxunma ( 2322 )

         Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının 3 yaşı tamam oldu. 2013-cü il dekabrın 27-də Akademiyanın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Şuranın təsis konfransı keçirildi. Elmi-ictimai fəaliyyətinin əsаs məqsədi Akademiya gənclərinin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarət olan Şurа ötən müddətdə "Bu günün şagirdi, sabahın alimi", "Elmin təbliği", "Elm guşəsi", "Açıq qapı", "Elm həftəsi", "Elmdə interaktiv müzakirə" kimi onlarla qeyri-ənənvi layihələri ilə  həm Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsinə, həm də elmin populyarlığı, kütləviliyinin artırılmasına töhvə verməkdədir, ən əsası isə yuxarıda sadalanan kəlmələrin elmi leksikonumuzun ümumişlək sözlərinə çevrilməsinin təminatçısı olmağı bacardı. Təkcə "google.az" axtarış sistemində "Elmin təbliği" sözünü yazmaq kifayətdir ki, Gənc Alim və Mütəxəssislər Şurasının adı ilə bağlı olan yüzdən artıq informasiyaya rast gəlinsin. Ona görə də "yarandığı ilk vaxtlarda fəaliyyətində operativlik, obyektivlik, şəffaflıq, hesabatlılıq kimi dörd təməl pinsipinə əməl edən AMEA-nın bu gənclər təşkilatı, qısa vaxtda sözdə yox, əməldə ona olan bütün ehtimadları doğrultdu", desək heç də yanılmarıq.

         Şuranın sosial şəbəkədəki fəaliyyəti isə tamamilə bir örnəkdir. "Gencalimler.az" saytı, "AMEA Gənc Alim və Mütəxəssislər Şurası" facebook səhifəsi "marifləndirmə silahı"na çevrilməklə gənclərimizi ən son elmi informasiyalarla təmin edir, onların fəaliyyətini, əldə etdikləri nailiyyətləri işıqlandırır.

Bütün bu fəliyyəti ilə qənaətlənməyən Gənc Alim və Mütəxəssislər Şurası yeni-yeni uğurları hədəfə alıb.

         Şuranın İdarə Heyəti olaraq, bu qurumun təsis olunmasında və onun uğurlu fəaliyyətində əmək sərf edən hər kəsi, bütün Akademiya gəncliyini 3 illik yubiley münasibəti ilə ürəkdən təbrik edirik, Azərbaycan elminin çiçəklənməsi naminə yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız və uğurlarımız davamlı olsun, dostlar!!!

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.