AMEA-da "Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət” adlı ilk musiqili lektoriya keçiriləcək
Yan 05 , 2017 | 01:21 / Mühüm hadisələr
Oxunma ( 2939 )

AMEA-da bu qurumun Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi məbədindən elm məbədinə" adlı birgə layihəsi çərçivəsində musiqili lektoriyalar təşkil olunacaq. Məqsəd musiqi sahəsində fəaliyyət göstərən alimlərin, musiqiçilərin təcrübəsini paylaşmaq, bu sahəyə marağı olan insanların biliklərini daha da zənginləşdirməkdir.

“Üzeyir Hacıbəyli – görkəmli bəstəkar, alim, şəxsiyyət” adlı ilk musiqili lektoriya yanvar ayının 10-da saat 14:00-da AMEA-nın Alimlər Evində keçiriləcək. Mühazirəçi Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovadır.

Lektoriyada AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycanın görkəmli pianoçusu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.