"SABAH" qrupunun tələbəsi Təqaüd Proqramının qalibi olub
Yan 10 , 2017 | 03:55 / Elmi müsabiqələr
Oxunma ( 2819 )

Azərbaycanın akademik potensialının yüksəlməsinə daim dəstək olan Azercell Telekom MMC-nin 2008-ci ildən start verdiyi Tələbə Təqaüd Proqramının növbəti qalibləri müəyyən olunub.

Şirkətin 1 oktyabr 2016-cı il tarixində elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə son seçimlərinin nəticələrinə görə, Azərbaycan Universitetlərində təhsil alan 27 tələbə Azersellin təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.

AzMİU-nun SABAH qruplarının Memarlıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Təhminə Əzimzadə Azersellin Təqaüd Proqramını qazanıb. SABAH qrupları rəhbərliyinin təşəbbüsü ilə bu proqrama qatılan və uğur əldə edən tələbəmizi təbrik edir, ona təhsildə daha yüksək zirvələr, yeni qələbələr arzu edirik.

Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsində (01 noyabr – 10 noyabr 2016) tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi, ikinci mərhələdə (14 noyabr - 27 Dekabr 2016) onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Bundan əlavə, tələbələr Azercellin İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.

Qeyd edək ki, "SABAH" qrupunun tələbələri AMEA institutlarında təcrübəartırmaya cəlb olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.