AMEA-da növbəti lektoriya keçirildi
Yan 24 , 2017 | 05:13 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3306 )

Yanvarın 24-də AMEA-nın Alimlər Evinin və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində “Füzuli dünyası” mövzusunda növbəti lektoriya keçirildi.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində gerçəkləşən lektoriyada giriş nitqi ilə açan AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bu dəfəki lektoriyanın dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuliyə həsr olunduğunu söylədi, bu cür tədbirlərin ictimaiyyət üçün vacibliyini vurğuladı.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə məruzəsini təqdim etdi. 

Lektoriyada Xalq artisti Şövkət Ələkbərovanın ifasında Füzuli kantatası səsləndirildi, Milli Konservatoriyanın tələbələri şairin qəzəlləri və sözlərinə yazılmış mahnılar ifa etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.