MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV Qurultayı keçiriləcək
Yan 23 , 2017 | 05:44 / Mühüm hadisələr
Oxunma ( 2371 )

AMEA Dendrologiya İnstitutunda bu il sentyabrın 18-dən 21-dək  Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyalarının təşkilatçılığı ilə MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV Qurultayı və “İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-dan SalamNews-a bildirilib ki, tədbirin təşkilatçıları Dendrologiya İnstitutu, Rusiya Elmlər Akademiyası N.V.Sisin adına Baş Botanika Bağı, Belarus Milli Elmlər Akademiyası Mərkəzi Botanika Bağı, Qazaxıstan Milli Elmlər Akademiyası Baş Botanika Bağı, Qırğızıstan Milli Elmlər Akademiyasının E.Z.Qareyev adına Botanika Bağı, Ukrayna Milli Elmlər Akademiyasının N.N.Qrişko adına Beynəlxalq Botanika Bağı və Abxaziya Botanika Bağıdır.

Qurultayda MDB ölkələri Botanika Bağları Cəmiyyəti üzrə komissiyaların, MDB ölkələri botanika bağları, dendrarilər və ekoloji mərkəzlərinin işləri haqqında, qurumun ötən ilin yekunları və 2017-ci ilin birinci yarımillik hesabatları dinləniləcək.

Tədbirin işi  altı bölmə üzrə təşkil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.