AMEA Dilçilik İnstitutun beynəlxalq konfrans keçiriləcək
Yan 24 , 2017 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 3223 )

Aprelin 24-25-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunan “Ağamusa Axundov və türk filologiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq:

• Dilçilik nəzəriyyəsi;

• Fonetika məsələləri;

• Dil və üslub məsələləri;

• Dil və ədəbiyyat: qarşılıqlı əlaqələr konteksində;

• Türkologiyanın aktual problemləri;

• Ədəbi dil tarixi.

Konfransda iştirak etmək istəyənlər məqalələrin tezislərini 15 fevral 2017-ci il tarixinədək a.akhundof85@gmail.com elektron ünvanına göndərə bilərlər.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis dilləri.

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix

15 fevral 2017-ci il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi

25 fevral 2017-ci il

Konfransın plenar iclasının açılış mərasimi

24 aprel 2017-ci il

Bölmə iclasları

24 aprel 2017-cı il

Konfransın bağlanış mərasimi

25 aprel 2017-ci il

 

Məqalələrin tərtibatına dair tələblər:

- Mətnin həcmi 5 səhifəyə qədər, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti iləd, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25 olmalıdır;

- Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır;

- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə yazılmalıdır.

Ünvan: Bakı şəh., Hüseyn Cavid pr., 115.

E-mail: a.akhundof85@gmail.com.

Telefon: (+994 12) 5372083 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.