Fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları başlayıb
Yan 26 , 2017 | 11:07 / Mühüm hadisələr
Oxunma ( 3199 )

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir. Müvafiq imtahanlar AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 9 iyun 2015-ci il tarixli Sərəncamına əsasən, artıq 2-ci ildir ki, İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində Akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında təşkil edilir. İki gün davam edəcək imtahanlarda ümumilikdə 164 nəfər iştirak edəcək.

İmtahanların qəbul edilməsi məqsədilə yaradılmış komissiyanın sədri AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri – fəlsəfə üzrə elmlər doktorları Əbülhəsən AbbasovFərman İsmayılov və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəhbəri, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov imtahanın gedişatı ilə tanış olublar. B.Əliyevin bildirdiyinə görə, imtahanların yüksək səviyyədə keçirilməsi üçün Tədris-İnnovasiya Mərkəzində lazımi şərait yaradılıb, İnformasiya Texnologiyaları İnstitutu tərəfindən işlənilib tətbiq edilən test texnologiyası imtahan verənlərin biliklərinin tam obyektiv şəkildə qiymətləndirilməsinə imkan verir. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.