AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda gənclərlə görüş keçrilib Yan 27 , 2017 | 04:00 / Mühüm hadisələr Oxunma ( 3036 )
27 yanvar 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənclərilə növbəti görüşü keçirilib. Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunu direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizik üzrə fəlsəfə doktoru, dos. Famin Salmanov, İnstitutun Həmkarlar ittifaqının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru Məmməd Məmmədov və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak edib.
İclası giriş sözü ilə açan İnstitutun direktoru, professor Əlövsət Quliyev gənc alimlərə böyük diqqət göstərildiyini qeyd edib. O, gənclərin elmi fəaliyyətlərinin gücləndirilməsi, elmin təbliğində gənclərinin fəal iştirakı, xarici dillərin mənimsənilməsi, informasiya texnologiyalarından istifadənin vacibliyi kimi məsələləri xüsusilə vurğulayıb.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizik üzrə fəlsəfə doktoru, dos. Famin Salmanov Akademiya rəhbərliyinin gənc alimlərə olan diqqət və qayğısından, rəhbərlik etdiyi Şura tərəfindən görülən tədbirlər və gəlcək perspektivdə dayanan məsələlər haqqında fikirlərini bildirib, rəy və təkliflərini verib.
Daha sonra məlumat verilib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fikrət Feyziyev başqa işə keçməsi ilə əlaqədar İnstitutdan çıxarılıb. Ona görə səsvermə ilə yenidən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri, sədr və sədr müavinləri müəyyənləşdirilib. Sədr vəzifəsi Nigar Mustafayevaya həvalə olunub.