2016-cı ildə beynəlxalq jurnallarda Azərbaycan təhsil müəssisələri üzrə alimlərin dərc olunan məqalələrin sayı məlum olub
Yan 27 , 2017 | 08:24 /
Oxunma ( 2954 )
2016-cı ildə Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasındakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı 350 olub. Bu, 2015-ci ildə dərc olunan məqalələrdən (250) 40 faiz çoxdur.
Bu fərq 2015-ci ilin dekabrında Təhsil Nazirliyi ilə dünyada intellektual informasiya üzrə ən aparıcı platforma olan “Thomson Reuters” agentliyi arasında bağlanan əməkdaşlıq müqaviləsinin nəticəsidir. Moderator.az xəbər verir ki, əməkdaşlıq nəticəsində ilk dəfə olaraq, ölkəmizin 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları,monoqrafiyaları, konfrans materiallarını da  Azərbaycan alimlərinin ixtiyarına verib.
Qeyd olunmalıdır ki, ötən il dünyanın ən mötəbər impakt faktorlu jurnallarında ölkəmiz üzrə dərc olunan 734 məqalənin demək olar ki, yarısı universitet alimlərinin əqli məhsullarıdır.
 
Elmin Nuri

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.