Fotos
AMEA Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri "Gənclər Günü"ndə mükafatlandırılıb
Fev 01 , 2017 | 08:42 / Elmi müsabiqələr
Oxunma ( 3420 )

Fevralın 1-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “2 fevral  -  Gənclər Günü”nə həsr olunmuş tədbir  keçirildi. Yasamal rayonunun icra aparatının rəhbərləri,  millət vəkilləri, tanınmış elmi-ictimai, siyasi xadimlərinin, o cümlədən gənc idmançıların iştirak etdiyi tədbirdə ilk nitq Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tərəfindən söyənilib.  O, Gənclər Gününün yaranma tarixindən, dövlət və gənclik münasibətindən, həmçinin 2016-cı il ərzində əldə edilən nailiyyətlərdən  geniş danışıb.


Çıxışların sonunda müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. Yasamal rayon gənclər və idman idarəsi “2 fevral – Gənclər Günü” münasibətilə və Yasamal rayonunun həyatında fəal iştirakına görə AMEA Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Orxan Abbasovu Fəxri Fərmanla təltif edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.