Fotos
AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü "Gənclər Günü" münasibətilə mükafatlandırılıb
Fev 03 , 2017 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 3237 )

Fevralın 2-də Sumqayıt şəhərində “Park Palace”da “2 fevral  -  Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir  keçirildi. Sumqayıt şəhər İcra Başçısının, elmi-ictimai, siyasi xadimlərin, o cümlədən Sumqayıt gənclərinin iştirak etdiyi tədbiri giriş sözü iləSumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəis əvəzi Mübariz Bəşirov açıb. Daha sonra Sumqayıt şəhər İcra başçısı Gənclər Gününün yaranma tarixindən, dövlət və gənclik münasibətindən, həmçinin 2016-cı il ərzində əldə edilən nailiyyətlərdən  geniş danışıb.

Çıxışların sonunda müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc müxtəlif nominasiyalar üzrə fəxri fərmanla təltif olunublar. AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, elmi işçiSəidə Kəırimova  “İlin gənc ixtiraçı-alimi” nominasiyasında Fəxri Fərmanla təltif edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.