AMEA Polimer Materialları İnstitutunda “Gənclər Günü” qeyd edildi
Fev 02 , 2017 | 12:26 / Mühüm hadisələr
Oxunma ( 2592 )

Fevralın 2-də AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Gəncləri Günü ilə əlaqədar olaraq “Gələcək Gənclərin əlindədir” mövzusunda tədbir keçirilib.

AMEA Polimer Materialları İnstitutunda gerçəkləşən tədbiri giriş sözü ilə açan AMEA PMİ-nun Gənc Alim və mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Sevil Maşayeva əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün ölkə gəncliyi üçün önəmini vurğulayıb və qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir. Daha sonra AMEA PMİ-nun Gənc Alim və mütəxəssislər Şurasının üzvü, b.e.i. Fatimə Mustafayevanın “Azərbaycanda Gənclər Siyasəti“ mövzusunda məruzəsi dinlənilib. Tədbirdə çıxış edən Gənc Alim və mütəxəssislər Şurasının üzvü, e.i. Nüşabə Arzumanova savadlı və ictimai fəal gəncliyin gələcəkdə Azərbaycanı gələcəkdə daha böyük uğurlara apara biləcəyini qeyd edib, respublika rəhbərliyinin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarları vurğulayaraq gəncləri bu diqqət və qayğıya layiq olmağa çağırıb.

2 fevral “Gənclər Günü” münasibətilə və Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətində aktiv iştirakına görə şuranın üzvü Fatimə Mustafayevaya təşəkkürnamə təqdim edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.