““Web of Science” Məlumat Platforması: müasir elmi nəşrlərin beynəlxalq standartları” mövzusunda maarifləndirici seminar keçirilib
Fev 03 , 2017 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 3169 )

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında “Thomson Reuters” təşkilatı tərəfindən akademiyanın alim və mütəxəssisləri üçün ““Web of Science” Məlumat Platforması: müasir elmi nəşrlərin beynəlxalq standartları” mövzusunda keçirilən maarifləndirici seminarının iştirakçısı AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, b.e.i. v.i.e Fatimə Mustafayeva fevralın 2-də institutun gənc alim və mütəxəssislərini beynəlxalq “Web of Science” Məlumat Platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin müasir beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə tanış etdi. Seminarda qlobal elmi bazaya çıxış təmin edən “Web of Science” Məlumat Platformasına daxil olan aparıcı beynəlxalq elmi nəşrlərin seçilməsi qaydaları izah edilib.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.