Fotos
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda gənclərlə görüş keçrilib
Fev 07 , 2017 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 3116 )

Fevralın 7-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov yeni təsis olunan AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzviləri ilə görüşüb.

Görüş çərçivəsində baş tutan tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, akademik İradə Hüseynova Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan bəhs edib. Natiq ölkəmizdə 2 fevral Gənclər Gününün elan olunması tarixinin xronikasından danışaraq qeyd edib ki,1997-ci ildən ümummilli liderin Sərəncamı ilə təsis olunan həmin gün və alınan Qərar Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, onun dinamik və çevik inkişafında əhəmiyyətli  rol oynamasnda mühüm olmuşdur.  Akademik, daha sonra İnstitutun gənc alim və mütəxəssislərinin uğurlarından danışaraq müxtəlif illərdə “Gənclər üçün Prezident Mükafatı”na AMEA-dan təqdim olunamuş namizədlər sırasında İnstitutun gənclərinin fəal iştirakından da danışıb.  

Növbəti çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov Akademiyada aparılan uğurlu gənclər siyasəti haqqında geniş məlumat verib. O, həmçinin bu İnstitutda yeni yaradılmış Şuranın aktiv fəaliyyəti ilə fərqləndiyini, Akademiyada Gənc Alim və Mütəxəssislər Şurasının həyata keçirtdiyi layihələrdə Şura üzvlərinin yaxından iştirakını da xüsusi vurğulayıb. Natiq, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının  2017-ci ilin fəaliyyət planı haqqında məlumat verərək qeyd edib ki, cari ildə bir neçə yeni və qeyri ənənəvi layihələr nəzərdə tutulub ki, onların sırasına Magistr - 2017, Texnostart - 2017 və s. daxildir. “Bu layihərin keçirilməsində əsas məqsəd AMEA-nın elmi təşkilatlarında fəaliyyət göstərən gənc magistr, doktorant alim və dissertantların elmi faəliyyətlərinə dəstək olmaq, onların innovativ elmi tədqiqtlar sahəsindəki təşəbbüslərini stimullaşdırmaqdır.”

Növbəti çıxış edən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Qurbanova Ulduzə GAMŞ-nın  ötən ilki fəaliyyəti ilə bağlı qısa informativ məlumat verib.

Daha sonra təşkilatın magistrlri Bayramova Cəmilə, Sadıqova Elnarə Musazadə Elşən AMEA-da magistatura təhsili ilə bağlı yaradılan şəraitdən, qısa müddətdə qazandıqlarıı uğurlardan bəhs edib. Natiqlər magistırlər üçün yaradılmış şəraitə görə AMEA-nın prezidenti Akif Əlizadəyə və İnstitut rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

Gnc alim Balakişiyeva Gülnarə, doktorant Bayramova Nərgiz İnstitutda doktorant və dissertantlar üçün yaradılmış imkanlardan, mövcud maddi-teniki bazadan danışaraq gənclərin elmi fəaliyyətdəki rollarını xüsusi vurğulayıblar.

Tədbirin sonunda Şura sədri İnstitutda magistr və doktorantlar üçün yaradılan  şəraitlə tanış olub.  

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.